Türkiyə XİN başçısı şənbə günü Ermənistanı hərbi cinayətlərdə ittiham edib və vurğulayıb ki, Ankara hər zaman Azərbaycanı dəstəkləyəcək.
“Ermənistan Azərbaycanda uşaqlar da daxil olmaqla, mülki vətəndaşları qətlə yetirərək, hərbi cinayətlər törətməkdə davam edir. Bu vəhşiliklərə göz yuman hər kəs cinayətlərdə əli olanlardır”, - nazir Twitter hesabılnda bəyan edib.
Öz növbəsində Türkiyənin milli müdafiə naziri Hulusi Akar qeyd edib ki, “humanitar atəşkəsin əməl olunmasının təminatı və danışıqlara çağırışlar edənlər Ermənistanın hərbi cinayətlərinə göz yumurlar”. Bunu Anadolu agentliyi qeyd edib. **