Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən Ermənistana məxsus PUA məhv edilib.
“Oktyabrın 17-si gündüz saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində uçuşlar keçirməyə cəhd göstərib. Düşmənin növbəti PUA-sı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən dərhal aşkar olunaraq məhv edilib.”, - Müdafiə Nazirliyindən məlumat verilir. **
N.Abbasova