Azərbaycan prezidenti İlham Əliyev şənbə günü Xüsusi Təyinatlı Qüvvələrin komandanı Hikmət Mirzəyevə general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
Müvafiq sərəncam dövlət başçısının saytında dərc olunub.
Hikmət Mirzəyev Azərbaycanın Cəbrayıl rayonunun Ermənistanın işğalından azad edilməsi üzrə əməliyyatın rəhbərlərindən biridir.
Prezident İlham Əliyev 4 oktyabr 2020-ci il tarixində Cəbrayıl şəhərinin işğaldan azad edilməsi barədə elan edib. **
N.Abbasova