Azərbaycanda koronavirus infeksiyasına daha 528 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 44 min 317-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib, ölənlərin ümumi sayı 623 nəfərə çatıb.
Virusa yoluxmuş 39 min 903 nəfər (sutka ərzində +103) müalicə olunaraq sağalıb.
Hazırda 3 min 791 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9,133 min, hazırkı dövrədək isə 1 milyon 218 min 935 test aparılıb.**