Müdafiə Nazirliyi düşmənin yanacaq-sürtkü materialları və döyüş sursatı anbarlarının darmadağın edildiyi videokadrları nümayiş etdirib.
Nazirlikdən bildirilir ki, yanacaq-sürtkü materialları və döyüş sursatı anbarları aviasiya zərbələri ilə darmadağın edilib.
Bundan başqa, Azərbaycan Silahlı Qüvvələri düşmən mövqelərinə raket-artilleriya zərbələri endirib.
“Həmçinin, Ermənistan silahlı qüvvələrin çox sayda canlı qüvvəsi dəqiq zərbə ilə məhv edilib”, - nazirlikdən vurğulanır. **