Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyan oktyabr ayı ərzində ABŞ-a səfər edəcək. Bunu Ermənistanın Vaşinqtondakı səfiri Varujan Nersisyan deyib.
“Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın Vaşinqtona səfərinin hazırlığı üzrə işlər aparılır. Səfərin və ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşün bu ay həyata keçiriməsi gözlənilir”, - Nersisyan Amerikanın The Hill nəşrinə deyib.
Nəşr qeyd edir ki, görüşün ABŞ və Ermənistan arasında illik strateji dialoq proqramına əsasən planlaşdırılmasına baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi fonunda böyük aktuallıq əldə edir. **