Azərbaycan Silahlı Qüvvələri Qarabağda döyüşlərdə Ermənistan silahlı qüvvələrinə məxsus 1 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemini məhv edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilir.
“Cəbhənin Ağdərə-Ağdam istiqamətində gedən döyüşlər zamanı bölmələrimizin mövqelərini atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus 1 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilib”, - nazirlikdən qeyd olunur.
MN-nin məlumatına görə, həmçinin Azərbaycan Silahlı Qüvvələri Ermənistan silahlı qüvvələrinin “S-125” zenit-raket kompleksini sıradan çıxarıb. **
N.Abbasova