Şənbə günü RF XİN məlumat verib ki, xarici işlər naziri Sergey Lavrovun Ermənistan və Azərbaycan XİN başçıları ilə telefon danışıqları baş tutub.
“Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət müzakirə olunub”, - XİN-in Moskvada yayılan məlumatında deyilir.
Lavrov Rusiya, ABŞ və Fransa prezidentlərinin Qarabağ üzrə 1 oktyabr tarixli bəyanatlarının mövcud aktuallığına diqqəti yönəldib.
“Danışıqlar zamanı RF, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin humanitar məqsədlərlə atəşkəsi nəzərdə tutan 10 oktyabr tarixli Moskva bəyanatının müddəalarına ciddi əməl olunmanın zəruriliyi vurğulanıb”, - Rusiya XİN məlumat verib.
“ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə baza prinsipləri əsasında tezliklə sülh yolu ilə həllin əldə olunması məqsədilə substantiv danışıqların başlanması ilə əlaqədar Moskvada əldə olunan razılıqların vacibliyi təsdiq olunub”, - XİN-dən bildirilib. **