Azərbaycan Silahlı Qüvvələrinin qoşunları bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir. Bu barədə Müdafiə Nazirliyindən bəyan edilib.
“Şənbə günü yeni humanitar atəşkəs rejimi elan olunanadək cəbhənin Ağdərə və Füzuli-Hadrut istiqamətlərində əməliyyat şəraiti nisbətən sabit olub», - məlumatda qeyd olunur
Azərbaycan Ordusu tərəfindən dünən gün ərzində həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd S-300 ZRK-nin raket tuşlama stansiyası, 5 ədəd T-72 tankı, 3 ədəd BM-21 “Qrad” YARS, 2 ədəd “Smerç” YARS, 1 ədəd D-20 haubitsa-topu, 1 ədəd KS-19 zenit topu və 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb. **
N.Abbasova