Yeni atəşkəs rejimi elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri cəbhədə vəziyyəti gərginlikdə saxlayıb. Bu barədə Müdafiə Nazirliyi məlumat verir.
“Yeni atəşkəs rejimi elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri gecə ərzində müxtəlif istiqamətlərdə minaatanlar və artilleriya qurğularından istifadə etməklə cəbhədə vəziyyəti gərginlikdə saxlayıb”, - məlumatda qeyd olunur.
Bazar günü səhər saat 07.00-dan başlayaraq cəbhənin Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində düşmən hücuma keçməyə cəhd göstərib.
“Azərbaycan Ordusunun bölmələri düşmənin hücum cəhdlərinin qarşısını alır”, - nazirlikdən vurğulanır. **
N.Abbasova