Azərbaycan Müdafiə Nazirliyi Füzuli istiqamətində döyüş əməliyyatları zamanı düşmənin hərbi hissəsinin ələ keçirilməsi videokadrlarını yayıb.
“Azərbaycan Ordusunun Füzuli istiqamətində uğurlu döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin hərbi hissəsi bölmələrimiz tərəfindən ələ keçirilib”, - MN-dən qeyd olunur.
Bildirilir ki, düşmən döyüş texnikası, silah-sursat və digər hərbi vasitələri tərk edərək qaçmaq məcburiyyətində qalıb.
“Cəbhə boyu bütün istiqamətlərdə bölmələrimiz üstünlüyü əldə saxlayır”, - MN-dən vurğulanır. **
N.Abbasova