Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin Su-25 hücum təyyarəsi məhv edilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilir.
“Bazar günü saat 12.30-da cəbhənin Cəbrayıl istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin növbəti Su-25 hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib”, - nazirlikdən qeyd olunur. **
N.Abbasova