Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən Ermənistana məxsus PUA məhv edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat verir.
“Oktyabrın 18-i saat 13:00-da Horadiz istiqamətində uçuşlar keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edilib», - nazirlikdən qeyd olunur. **
N.Abbasova