Ermənistan silahlı qüvvələrinin raket zərbələri nəticəsində Gəncə şəhərində dağılmış evlərdə axtarış-xilasetmə işləri yekunlaşıb, 13 nəfərin cəsədi çıxarılıb. Bu barədə “İnterfaks-Azərbaycan”a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
“Ermənistan silahlı qüvvələri Gəncə şəhərini yenidən raket atəşinə tutub. Nəticədə, yaşayış evlərinə düşən raketlər həmin evləri tamamilə dağıdıb, sakinlər dağıntılar altında qalıb. Hazırkı vəziyyətə görə, dağıntılar altından ümumilikdə xəsarət almış 53 nəfər və 13 nəfərin cəsədi çıxarılıb. Dağıntılar altında qalan insanın olmadığı nəzərə alınaraq, axtarış-xilasetmə işləri yekunlaşdırılıb.”, - FHN-dən qeyd olunur.
Öncə məlumat verilib ki, oktyabrın 17-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin raket zərbələri nəticəsində Gəncə şəhərində 13 nəfər həlak olub, 52 nəfər yaralanıb. **
N.Abbasova