Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntopun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib. Bu barədə Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi məlumat verir.
Nümayəndə heyətini Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyə Respublikasının Azərbaycandakı səfiri Erkan Özoral və digər rəsmi şəxslər qarşılayıblar.
Xəbər verildiyi kimi, TBMM-nin sədri Mustafa Şəntop oktyabrın 19-da Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək, oktyabrın 20-də isə Milli Məclisdə çıxış edəcək. **
Ə.Məmmədov