Azərbaycan öldürülən erməni hərbçilərinin meyitlərinin bir hissəsini dövlət sərhədində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə Ermənistana verəcək. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət K “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi ilə keçirilmiş görüşlərdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında elan edilmiş müvəqqəti humanitar atəşkəsin ruhuna uyğun olaraq, Azərbaycanın birtərəfli qaydada hazırda Azərbaycan tərəfində olan erməni hərbçilərinin meyitlərinin bir hissəsini iki ölkənin dövlət sərhədinin Tovuz rayonu istiqamətində əvvəlcədən razılaşdırılmış dəhlizdə BQXK-nın vasitəçiliyi ilə Ermənistana verməyə hazır olduğunu diqqətə çatdırıb”, - Komissiyanın məlumatında deyilir.
Həmçinin, Komssiya bu barədə qarşı tərəfə bildirilməsini xahiş edib. **
N.Abbasova