Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə telefon danışığı zamanı Dağlıq Qaraağ münaqişəsi zonasında vəziyyəti müzakirə edib.
“Borel Aİ-nin sözçüsünün Gəncə şəhəri ilə bağlı açıqlamasına toxundu və mülki insanları və mülki obyektləri hədəf almağın qəbuledilməz olduğunu vurğuladı. O, hər iki tərəf ilə razılaşdırılmış humanitar atəşkəsin tətbiq olunmasının vacibliyini vurğuladı və münaqişənin həlli üçün mahiyyət üzrə danışıqların zəruriliyini qeyd etdi”, - XİN məlumat verir.
Öz növbəsində, Bayramov qeyd etdi ki, şənbə günü, humanitar atəşkəs barədə ikinci razılığın əldə olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri Cəbrayıl rayonu istiqamətində Azərbaycan mövqelərinə hücum edib, həmçinin Ermənistan-Azərbaycan dövlət sərhədində Azərbaycanın Gədəbəy və Tovuz rayonlarını atəşə tutub.
“Nazir humanitar atəşkəs rejimini pozmaqla Ermənistanın beynəlxalq hüquqa, eləcə də beynəlxalq humanitar hüquqa dair öhdəliklərinə riayət etmədiyini bir daha nümayiş etdirdiyini vurğuladı”, - XİN-in məlumatında deyilir. **
B.Rüstəmbəyov