Bu gün səhər saatlarından Ağcabədi rayonunun ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
“Ermənistan silahlı qüvvələri gecə ərzində Goranboy, Tərtər və Ağdam rayonlarının ərazisini minaatanlar və toplardan atəşə tutub. Bu gün səhər saatlarından Ağcabədi rayonunun ərazisi də atəşə tutulur”, - deyə məlumatda bildirilir.*
X.Nəsirzadə