“Amrah Sığorta” şirkətinin səhmdarları şirkətin ləğv olunmasına dair qərar qəbul ediblər. Bu barədə “Vergilər” qəzetində dərc olunmuş elanda deyilir.
“Kreditorlar iki ay ərzində tələblərini şirkətə bildirə bilərlər”, - deyə elanda bildirilir.
“Amrah Sığorta” şirkəti 1993-cü ildən Azərbaycanın sığorta bazarında fəaliyyət göstərir. Şirkətin səhmdarları 2 fiziki şəxsdir.*
Ə.Məmmədov