2020-ci ilin yanvar-avqust aylarında Azərbaycana 688,7 min ton buğda idxal edilib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 21,1% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal edilmiş buğdanın ümumi dəyəri $147 milyon 185,3 min (azalma 21,8%) təşkil edib.
Hesabat dövründə Azərbaycana $75 milyon 574,7 min dəyərində (azalma 8,8%) 222,4 min ton şəkər xammalı və şəkər (azalma 0,4%), $78 milyon 700,9 min dəyərində (artım 18,1%) 89,72 min ton bitki yağı (artım 2,9%), $37 milyon 598 min dəyərində (artım 9,8%) 9,25 min ton çay (artım 5,9%), $57 milyon 917,6 min dəyərində (artım 37,3%) 11,702 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar (artım 38,9%) idxal edilib.
Yanvar-avqust aylarında respublikaya $25 milyon 576,7 min dəyərində (artım 40,8%) 6,801 min ton iribuynuzlu heyvan əti (artım 18,4%), $25 milyon 370,7 min dəyərində (azalma 8,6%) 21,912 min ton quş əti və quş əti məhsulları (azalma 9,9%) idxal edilib.
Hesabat dövründə Azərbaycana $80 milyon 182,1 min dəyərində (artım 4,2%) 86,859 min ton meyvə (artım 15,1%), $11 milyon 821,9 min dəyərində (artım 39,2%) 21,23 min ton tərəvəz (artım 29,9%), $25 milyon 411,9 min dəyərində (artım 5,4%) 93,444 min ton kartof (artım 1,2%) idxal edilib.
8 ay ərzində ölkədən $179 milyon 751,9 min dəyərində (artım 14,1%) 179,9 min ton tərəvəz (artım 6,1%), $159 milyon 523,6 min dəyərində (azalma 8,9%) 106,8 min ton meyvə (azalma 15,8%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $11 milyon 484,8 min dəyərində (azalma 43%) 27,318 min ton şəkər (azalma 41,2%), $7 milyon 360,5 min dəyərində (artım 51,8%) 8,844 min ton bitki yağı (artım 1,7 dəfə) ixrac edilib.
Cari ilin yanvar-avqust aylarında Azərbaycan $10 milyon 183,6 min dəyərində (аrtım 32,4%) 7,312 min ton meyvə və tərəvəz şirələri (artım 7,6%), $2 milyon 456,1 min dəyərində (azalma 47%) 152,2 min dekalitr təbii üzüm şərabları və üzüm suslosu (azalma 58%), $5 milyon 132,8 min dəyərində (аrtım 2,7%) 4,394 min ton meyvə və tərəvəz konservləri (artım 11,5%), $7 milyon 92,9 min dəyərində (azalma 21,1%) 2,928 min ton tütün (azalma 27,8%) ixrac edib.*
B.Rüstəmbəyov