2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,4% artaraq 18 milyard 968,9 milyon kVt/saat olub. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə ölkədə 18 milyard 360,1 milyon kVt/saat (artım 4,7%) əmtəəlik elektrik enerjisi istehsal olunub.
2020-ci ilin yanvar-sentyabr aylarında istilik elektrik stansiyaları 17 milyard 375,5 milyon kVt/saat (artım 7,7%), su elektrik stansiyaları 874,4 milyon kVt/saat (azalma 32,2%) elektrik enerjisi istehsal edib.
Bundan başqa, qeyd olunan dövrdə respublikada külək enerjisinin istehsal həcmi 73,2 milyon kVt/saat (azalma 14,7%), günəş enerjisinin istehsal həcmi 37 milyon kVt/saat (artım 8,8%) təşkil edib.*
N.Abbasova