Ermənistan silahlı qüvvələri Göygöl rayonu ərazisindəki Azərbaycan Ordusunun mövqelərini atəşə tutur. Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.
“Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 19-u saat 12.00-dan başlayaraq işğal olunmuş Kəlbəcər rayonu istiqamətindən Göygöl rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini 82 və 120 millimetrlik minaatanlar və iriçaplı atıcı silahlardan atəşə tutur”, - deyə məlumatda bildirilir.*
X.Nəsirzadə