Azərbaycanda koronavirus infeksiyasına daha 331 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 45 min 295-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib, ölənlərin ümumi sayı 630 nəfərə çatıb.
Virusa yoluxmuş 40 min 144 nəfər (sutka ərzində +107) müalicə olunaraq sağalıb.
Hazırda 4 min 521 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4,612 min, hazırkı dövrədək isə 1 milyon 232 min 636 test aparılıb.*
B.Rüstəmbəyov