Bu gün Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam rayonunun atəşə tutulması nəticəsində 4 nəfər, o cümlədən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) müxbiri yaralanıb.
Telekanalın məlumatına görə, təmas xətti yaxınlığında yerləşən yaşayış məntəqələri atəşə tutulub.
Baş Prokurorluq Ağdam rayonunun atəşə tutulması nəticəsində 4 nəfərin xəsarət aldığını təsdiqləyib.
Məlumata görə, Bənövşələr qəsəbəsinin atəşə tutulması nəticəsində 3 nəfər, Paşabəyli kəndinin atəşə tutulması nəticəsində isə 1 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.*
X.Nəsirzadə