Beynəlxalq Valyuta Fondu (BVF) 2020-ci ildə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının 2019-cu ildəki səviyyədə saxlanılacağını proqnozlaşdırır.
"İnterfaks-Azərbaycan" agentliyinin məlumatına görə, BVF-nin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə yenilənmiş regional icmalındakı proqnozlara əsasən, 2020-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları $6,3 milyard təşkil edəcək ki, bu da 2019-cu ilin göstəricisinə uyğundur.
Fondun qiymətləndirmələrinə görə, 2021-ci il ərzində Mərkəzi Bankın ehtiyatları da $6,3 milyard səviyyəsində saxlanılacaq.
İcmala əsasən, 2020-ci ilin yekunları üzrə Mərkəzi Bankın ehtiyatları 4,1 aylıq, 2021-ci ildə isə 4 aylıq idxal xərclərinin ödənilməsi üçün kifayət edəcək.
30 sentyabr 2020-ci il tarixinə AMB-nin valyuta ehtiyatları təxminən $6,491 milyard təşkil edir.*
Ə.Məmmədov