Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə təmsil olunan müxalifət nümayəndələrinin iştirakı ilə Qarabağ münaqişəsi zonasında vəziyyətlə bağlı Təhlükəsizlik Şurasının iclasını keçirib.
Hökumətin mətbuat xidmətinin məlumatına görə, iclasda Təhlükəsizlik Şurasının üzvləri ilə yanaşı, Ermənistan prezidenti Armen Sarkisyan, bütün ermənilərin katolikosu II Qaregin, parlamentin Xarici münasibətlər komissiyasının rəhbəri Ruben Rubinyan, Müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyanın rəhbəri Andranik Köçəryan və parlament fraksiyalarının rəhbərləri iştirak ediblər.*