ABŞ dövlət katibi Mayk Pompeo oktyabrın 23-də Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirləri Zöhrab Mnatsakanyan və Ceyhun Bayramovla ayrı-ayrılıqda görüş keçirəcək. Bu barədə Amerikanın “Politico” nəşri xəbər verir.
"ABŞ dövlət katibi ilə ilk olaraq Azərbaycanın xarici işlər naziri görüşəcək, bundan sonra Pompeo Ermənistanın xarici işlər naziri ilə görüş keçirəcək", - deyə məlumatda bildirilir.*