BMT yanında RF-nin daimi nümayəndəsi Vasili Nebenzya bəyan edib ki, Təhlükəsizlik Şurasında Dağlıq Qarabağda atəşkəs rejiminə əməl olunmasına necə effektiv nəzarət etmək barədə müzakirələr aparılır.
Bazar ertəsi Nyu-York vaxtı ilə günün ikinci yarısında TŞ-nin üzvləri ATƏT-in Minsk qrupunun 3 həmsədri – Rusiya, Fransa və ABŞ-ın sorğusu əsasında qapalı iclas keçiriblər.
“Atəşkəs haqqında razılıq əldə olunandan etibarən buna əməl olunmayıb. Əsas məsələ ondan ibarətdir ki, atəşkəs rejiminə əməl olunmasına nəzarəti necə təmin edək. Bu gün məlumatlar daxil olub ki, RF Müdafiə Nazirliyi Ermənistan və Azərbaycandakı həmkarlarla bu nəzarət mexanizminin reallaşdırılmasına dair danışıqlar aparır”, - Nebenzya jurnalistlərə bildirib.
“ATƏT həll prosesində aparıcı rol oynayır. Kim orada nə qismində olacaq, kim əslində yoxlama aparacaq – bu, sual altındadır, hələ də müzakirə olunur. Bunun praktikada necə həyata keçiriləcəyi isə başqa məsələdir”, - Nebenzya davam edib.
Oktyabr ayında Rusiya BMT Təhlükəsizlik Şurasına sədrlik edir. **