Azərbaycan,İranvəRusiyaüç ölkə arasında enerji dəhlizinin yaradılması layihəsinin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına başlayıb. Bu barədə energetika naziri Pərviz Şahbazov qeyd edir.
Azərbaycan,İranvəRusiyanın elektrik enerji sistemlərinin əlaqələndirilməsi prosesi davam edir. Üç ölkənin aidiyyəti enerji şirkətlərinin razılığı ilə konsaltinq şirkəti seçilib, şikər layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına başlayıb. Bu barədə Şahbazov rəsmi mətbuatdakı məqaləsində yazıb.
Həmçinin, nazir məlumat verib ki, Rusiya, Gürcüstan, Türkiyə və İranla elektrik enerjisi üzrə əməkdaşlıq formatında ixracatçı və tranzit ölkə kimi Azərbaycanın rolu möhkəmlənir.
“Əgər 2006-cı ildə Respublikanın daxili ehtiyaclarını tam ödəmək üçün1,8mlrd kVt/saat elektrik enerjisi idxal edilirdisə,2019-cu ildə bu göstərici136,9milyon kVt/saata qədər azalıb. İxrac isə 10 il ərzində3dəfə artaraq1,5milyard kVt/saata qədər yüksəlib”,- Şahbazov qeyd edib.
O, həmçinin bildirib ki, cari ilin9ayı ərzində104,3milyon kVt/saat elektrik enerjisi idxal,841,9milyon kVt/saat elektrik enerjisi ixrac edilib. Eyni zamanda, Gürcüstana450,2milyon kVt/saat, Rusiyaya92,5milyon kVt/saat, Türkiyəyə101,8milyon kVt/saat, İrana197,4milyon kVt/saat elektrik enerjisi ixrac edilib.
İdxalın həcmi Rusiyadan64,7milyon kVt/saat, İrandan22,8milyon kVt/saat, Gürcüstandan16,8milyon kVt/saat olub. **
N.Abbasova