Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” SES-lərin tikintisi Azərbaycana illik368milyon kVt·saat elektrik enerjisi istehsal etməyə imkan verəcək. Bu barədə energetika naziri Pərviz Şahbazov qeyd edib.
Xudafərin” hidroqovşağı bəndinin tikintisi demək olar ki, tamamlanıb, “Qız Qalası” hidroqovşağının bəndində isə işlər yekunlaşmaq üzrədir”. “Xudafərin” hidroqovşağı üzrə tikinti xərclərinin və dəymiş ziyanın hesablanması, habelə su elektrik stansiyalarının qurğu və avadanlıqlarının alınması və quraşdırılması məsələlərinə baxılır”, - Şahbazov bu gün rəsmi mətbuatda dərc olunan məqaləsində yazıb.
Nazirin sözlərinə görə, 1,6milyard kubmetrdən çox sututumuna malik bu hidroqovşaqlar və ümumi qoyuluş gücü280MVt gücündə olan bu stansiyalar Araz çayının su və enerji ehtiyatlarından hər iki tərəfin birgə istifadəsinə imkanlar yaradır.
“Bu layihələrin reallaşması Azərbaycana illik368milyon kVt·saat elektrik enerjisi istehsalı, mövcud252min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və8min hektar yeni əkin sahələrinin suvarılması imkanı yaradacaq”, - nazir qeyd edib.
“Azərbaycanın suverenliyi, ərazi bütövlüyü əsas götürülməklə 2016-cı ildə bu layihələr üzrə Sazişin imzalanması işğal olunmuş ərazilərimizin geri qaytarılacağına böyük inamın ifadəsi idi. Bu günlərdə müzəffər Ordumuzun Cəbrayıl şəhəri və rayonunun bıra sıra kəndlərini azad etməsi də Azərbaycan Prezidentinin uzaqgörən siyasətini, həmin ərazilərin bərpası zamanı bu hidroqovşaqlar və stansiyaların istifadəsinə əvvəlcədən hazırlıqla bağlı strateji baxışlarını bir daha nümayiş etdirdi”, Şahbazov vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan və İran arasında birgə həyata keçirilən “Ordubad” və “Marazad” su elektrik stansiyaları layihələri üzrə işlər davam etdirilir. **
N.Abbasova