2020-ci ilin yanvar-sentyabr aylarında “Expressbank” aktivlərini 10,1% - 304,414 milyon manatadək azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2020-ci il sentyabrın 30-na bankın kredit portfeli 221,123 milyon manata (azalma 1,2%), istehlak kreditləri 127,021 milyon manata (azalma 7,6%), biznes kreditləri 64,061 milyon manata (artım 9,5%) bərabərdir.
Hesabat dövrünün sonuna “Expressbank”ın öhdəlikləri 182,585 milyon manat (azalma 18,6%) təşkil edir. Oktyabr ayının əvvəlinə bankın depozit portfeli 112,82 milyon manat (azalma 35,2%), əhalinin əmanətləri 89,67 milyon manat (azalma 37,2%) məbləğində olub.
Sentyabr ayının sonuna bankın kapitalı 121,828 milyon manat (artım 6,5%), nizamnamə kapitalı 112,545 milyon manat (dəyişməyib) təşkil edib.
2020-ci ilin yanvar-sentyabr aylarının yekunları üzrə bankın xalis mənfəəti 7,426 milyon manat (2019-cu ilin analoji dövrü ilə müqayisədə azalma 3,4 dəfə - İF) təşkil edib.
“Expressbank” 1989-cu ildə yaradılıb və Azərbaycanın 20 aparıcı bankından biridir. Bankın səhmdarları fərdi şəxslərdir.**
Ə.Məmmədov