2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən (nomenklatura kodu 2709) 21 milyon 832 min 533,28 ton neft məhsulları ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə Azərbaycandan $7 milyard 158 milyon 90,91 min dəyərində neft ixrac olunub.
Yanvar-sentyabr aylarında neft ixracı miqdar ifadəsində ötən ilin analoji dövrünün göstəricisi ilə eynilik təşkil edib, dəyər ifadəsində 36,5% azalıb.
Yanvar-sentyabr aylarında ixracın ümumi strukturunda neftin payı 67,66% təşkil edib.
"İnterfaks-Azərbaycan" agentliyinin hesablamalarına əsasən, cari ilin yanvar-iyul aylarında Azərbaycan neftinin bir barelinin orta qiyməti $43,3 təşkil edib.
2019-cu ildə $14 milyard 814 milyon 132,71 min dəyərində 30 milyon 837,085 min ton bəyan edilmiş neft ixrac edilib (miqdar ifadəsində 4,5%, dəyər ifadəsində 5,8% artım).**
N.Abbasova