2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan 10 milyard 154 milyon 496,12 min kubmetr bəyan edilmiş qaz ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
“Cari ilin yanvar-sentyabr aylarında respublikadan $1 milyard 891 milyon 616,06 min dəyərində bəyan olunmuş qaz ixrac edilib. Hesabat dövründə Azərbaycandan ixracın ümumi həcminin 17,88%-i qaz ixracının payına düşüb”, - deyə məlumatda bildirilir.
2019-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2020-ci ilin müvafiq dövründə qaz ixracı miqdar ifadəsində 11,5%, dəyər ifadəsində 4,5% artıb.**
N.Abbasova