2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən (nomenklatura kodu 2710) 809 min 665,39 ton neft məhsulları ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
“Yanvar-sentyabr aylarında Azərbaycandan $224 milyon 170,58 min dəyərində bəyan edilmiş neft məhsulları ixrac olunub. Hesabat dövründə Azərbaycandan bütün ixracın 2,12%-i neft məhsullarının ixracının payına düşüb”, - deyə məlumatda bildirilir.
Hesabat dövründə bəyan edilmiş neft məhsullarının ixracı miqdar ifadəsində 14,4% artıb, dəyər ifadəsində 35,2% azalıb.
2019-cu ildə Azərbaycandan $462,789 milyon dəyərində 979,717 min ton neft məhsulları ixrac olunub.**
N.Abbasova