Azərbaycan prezidenti İlham Əliyev bu gün 4 rayonun 25 yaşayış məntəqəsinin erməni işğalından azad edildiyini elan edib.
“Rəşadətli Azərbaycan Ordusu Füzuli rayonunun Dörd Çinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Cəbrayıl rayonunun Sarafşa, Həsənqaydı, Füqanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndlərini ermənji işğalından azad etdi”, - Əliyev bu gün xalqa müraciətində bildirib.
Prezdentin sözlərinə görə, həmçinin, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Vəng (yeni adı Çinarlı) işğaldan azad olunub.
Bundan başqa, Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri işğaldan azad olunub”, - Əliyev bəyan edib. **
Ə.Məmmədov