30 sentyabr 2020-ci il tarixinə “Azərbaycan Sənaye Bankı”nın (ASB) aktivləri 935,153 mln. manat təşkil edir ki, bu da 2019-cu ilin sonuna olan göstəricidən 5,1% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Hesabat dövrünün sonuna bankın kredit portfeli 345,177 mln. manata (cari ilin əvvəlindən artım 4,2% - İF) bərabərdir. Aktivlərin strukturunda ASB-nin banklar da daxil olmaqla maliyyə institutlarında olan depozitləri xüsusi çəkiyə malikdir, onların həcmi 450,123 mln. manat (azalma 17,1 %) təşkil edir.
30 sentyabr 2020-ci il tarixinə bankın öhdəlikləri 831,225 mln. manat (azalma 6.1%) təşkil edib.
Hesabat dövrünün sonuna ASB-nin depozit portfeli 662,269 mln. manata (azalma 7,4%) bərabərdir.
Sentyabrın 30-na bankın kapitalı 103 mln. 928,65 min manat (artım 4,3%), nizamnamə kapitalı 60 mln. manat (dəyişməyib) təşkil edir.
2020-ci ilin yanvar-sentyabr aylarında fəaliyyətinin yekunları üzrə ASB-nin xalis mənfəəti 5 mln. 130,04 min manat (2019-cu ilin sentyabr ayının sonuna olan göstərici ilə müqayisədə azalma 22,8% - İF) məbləğində olub.
“Azərbaycan Sənaye Bankı” ASC 1996-cı ildə yaradılıb və aktivlərinin həcminə görə 6-cı yerdədir.**
Ə.Məmmədov