“Yelo Bank” 2020-ci ilin yanvar-sentyabr aylarında aktivlərini 8,8% - 442 milyon 209,17 min manatadək azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2020-ci il sentyabrın 30-na bankın kredit portfeli 319 milyon 569,4 min manat (2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə artım 5%) təşkil edib.
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 388 milyon 109,84 min manat (azalma 7%) təşkil edir.
Oktyabrın əvvəlinə “Yelo Bank”da depozitlər 286 milyon 765,77 manata (azalma 8,7%) bərabərdir.
2020-ci il sentyabrın 30-na bankın kapitalı 54 milyon 99,33 min manat (azalma 19,5%), nizamnamə kapitalı 358 milyon manat (artım 2,9%) təşkil edib.
Hesabat dövründə fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 23 milyon 192,75 min manat (2019-cu ilin analoji dövrü ilə müqayisədə artım 14,3 dəfə) təşkil edib.
“Yelo Bank” Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir. Bankın əsas səhmdarı “Topaz Investment” şirkətidir.**
Ə.Məmmədov