Azərbaycanda koronavirus infeksiyasına daha 584 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 45 min 879-a çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib, ölənlərin ümumi sayı 635 nəfərə çatıb.
Virusa yoluxmuş 40 min 272 nəfər (sutka ərzində +128) müalicə olunaraq sağalıb.
Hazırda 4 min 972 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9,028 min, hazırkı dövrədək isə 1 milyon 241 min 664 test aparılıb.**
X.Nəsirzadə