Avropa Futbol Assosiasiyalarının İttifaqı (UEFA) Ermənistan və Azərbaycan ərazisində klubların və milli yığma komandaların oyunlarının keçirilməsinin müvəqqəti dayandırılmasına dair qərar qəbul edib. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat verir.
“Dağlıq Qarabağ bölgəsində təhlükəsizliklə əlaqədar gərgin vəziyyəti nəzərə alaraq, UEFA-nın İcraiyyə Komitəsi bu gün qərar alıb ki, UEFA-nın klub və milli komandalarının oyunları növbəti qərar verilənədək Ermənistan və Azərbaycanda keçirilməyəcək”, - məlumatda deyilir.
AFFA və Ermənistan futbol federasiyası və onların aidiyyəti klubları ev oyunlarının keçirilməsi üçün alternativ variantlar təklif etməyi xahiş edəcək.
Vurğulanır ki, qəbul olunan qərar “AVRO-2020-nin gələn ilin yayında baş tutacaq Bakıdakı oyunlarının planlaşdırılmasına təsir etməyəcək”. **