Xarici işlər naziri Ceyhun Bayramov Moskvaya işgüzar səfərə gedib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva məlumat verib.
“Xarici işlər naziri Ceyhun Bayramov Rusiya tərəfi ilə məsləhətləşmələrin həyata keçirilməsi məqsədilə Moskva şəhərinə işçi səfər edib”, - deyə o bildirib.*
A.Əzizov