2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana $271 milyon 141,24 min dəyərində əczaçılıq məhsulları idxal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycana $271 milyon 141,24 min dəyərində (artım 30,8%) 16 min 936,84 ton (artım 51,4%) əczaçılıq məhsulları idxal edilib.
2020-ci ilin sentyabr ayında ölkəyə $28 milyon 141,24 min dəyərində 2 min 30,6 ton əczaçılıq məhsulları idxal edilib.
2019-cu ildə Azərbaycana $296 milyon 531,79 min dəyərində 16 min 526,55 ton əczaçılıq məhsulları idxal edilib.*
N.Abbasova