2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan $402 milyon 132 min məbləğində 397 min 338,57 ton meyvə-tərəvəz ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
2019-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə meyvə-tərəvəz ixracı miqdar ifadəsində 1,8%, dəyər ifadəsində 3,2% artıb.
Cari ilin yanvar-sentyabr aylarında ixracın ümumi həcmində meyvə-tərəvəzin payı 3,8%, qeyri-neft ixracı strukturunda 31,36% təşkil edib.
Bu dövrdə xaricə $167 milyon 802,36 min məbləğində 154 min 980,19 ton pomidor ixrac edilib (2019-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə miqdar ifadəsində artım 15,5%, dəyər ifadəsində artım 17,9%).
Yanvar-sentyabr aylarında aşağıdakı məhsullar ixrac olunub: meşə fındığı - $69 milyon 218,09 min məbləğində (azalma 22,1%) 11 min 404 ton (azalma 30,5%), alma - $15 milyon 796,65 min məbləğində (аzalma 30,7%) 37 min 613,08 ton (azalma 31,8%), xurma - $15 milyon 686,95 min məbləğində (аzаlma 23,5%) 20 min 87,78 ton (azalma 25,8%).*
N.Abbasova