Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən gün və bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ayrı-ayrılıqda məsləhətləşmələr aparıb, Dağlıq Qarabağda atəşkəslə bağlı məsələləri müzakirə edib. Bu barədə Rusiya XİN-dən məlumat verilib.
“Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişə bölgəsində atəşkəsə dair əldə olunmuş razılaşmaların yerinə yetirilməsi ilə bağlı təxirəsalınmaz məsələlər və nizamlanma üçün dayanıqlı şərtlərin yaradılması müzakirə olunub”, - deyə məlumatda bildirilir.*