“TuranBank” 2020-ci ilin yanvar-sentyabr aylarında aktivlərini 12,7% - 551,526 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Sentyabrın 30-na bankın kredit portfeli 342,811 milyon manata (artım 0,8%) bərabər olub.
Hesabat dövrünün sonuna “TuranBank”ın öhdəlikləri 475,34 milyon manat (artım 14,6%) təşkil edib.
Bu dövrün sonuna bankın depozit portfeli 286,27 milyon manat (artım 14,6%) təşkil edib.
Sentyabrın 30-na bankın kapitalı 76,186 milyon manata (artım 1,9%), nizamnamə kapitalı 70,004 milyon manata (dəyişməyib) bərabərdir.
Hesabat dövrünün yekunları üzrə bankın xalis mənfəəti 1 milyon 414 min manat təşkil edib ki, bu da 2019-cu ilin yanvar-sentyabr aylarının göstəricisindən 4,3 dəfə çoxdur.
“TuranBank” 1992-ci ilin iyun ayında fəaliyyətə başlayıb. Səhmdarları 29 hüquqi və fiziki şəxsdir.*
Ə.Məmmədov