Müdafiə sənayesi naziri Mədət Quliyev bu gün Özbəkistanın ölkəmizdə yeni təyin olunmuş səfiri Bahrom Əşrəfxanovu qəbul edib. Bu barədə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Görüşdə hərbi-texniki sahədə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub”, - deyə məlumatda bildirilir.
Bundan başqa, Quliyev və Əşrəfxanov Dağlıq Qarabağda döyüş əməliyyatlarının indiki vəziyyətini müzakirə edib, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın şəhər və rayonlarının yaşayış məntəqələrinin raket və artilleriya qurğularından intensiv atəşə tutulmasını pisləyiblər.*
X.Nəsirzadə