Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Rusiya ilə səmərəli əməkdaşlıq etdiyini bildirib.
"Mən Ermənistan-Rusiya əməkdaşlığını çox yüksək qiymətləndirirəm. Biz Ermənistanın və erməni xalqının strateji müttəfiqi kimi Rusiyanın köməyini hiss edirik", - deyə Paşinyan bu gün "Facebook" səhifəsində canlı yayım zamanı bildirib.
Onun sözlərinə görə, Ermənistanla Rusiya arasında daimi əlaqə mövcuddur.
"Biz Qarabağ probleminin həlli yollarının axtarışı üçün maksimum səmərəli şəkildə qarşılıqlı fəaliyyət göstəririk. Rusiya indiyə qədər maksimum iş görüb və əminəm ki, bu, gələcəkdə də belə olacaq. Buna qətiyyən şübhə etmirəm", - deyə Paşinyan qeyd edib.*