Erməni xalqı yalnız silaha sarılaraq Qarabağ münaqişəsinin özü üçün məqbul olan həllinə nail ola bilər. Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"Bizim gələcək addımlarımız xalqımızın hüquqları uğrunda sonadək mübarizədir. Nə baş verəcəyindən asılı olmayaraq, xalqımızın hüquqları uğrunda mübarizə aparmaq lazımdır. Bu gün Azərbaycanın mövqeyi kontekstində xalqımızın hüquqları uğrunda mübarizə aparmaq, ilk növbədə, silaha sarılaraq vətəninin müdafiəsində durmaq deməkdir. Bu proses effektiv təşkil edilərsə, bizim üçün məqbul olan diplomatik həllə nail ola bilərik", - deyə Paşinyan Facebook səhifəsində canlı efir zamanı bildirib.
O qeyd edib ki, hazırda Azərbaycan Qarabağın kapitulyasiyasından başqa heç nəyə razı deyil.
Baş nazir Ermənistan şəhərlərinin bütün merlərini, administrasiya, yerli özünüidarəetmə orqanlarının rəhbərlərini Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin sərəncamına veriləcək könüllü dəstələrin yaradılması prosesini təşkil etməyə çağırıb.
"Bu, dönüş anıdır", - deyə o bildirib.*