Azərbaycan Ordusu daha 22 yaşayış məntəqəsini erməni işğalından azad edib.
“Rəşadətli Azərbaycan Ordusu Füzuli rayonunun 3 kəndini, Cəbrayıl rayonunun 5 kəndini, Zəngilan rayonunun isə 13 kəndini və 1 qəsəbəsini işğaldan azad etmişdir”, - deyə dövlət başçısı özünün rəsmi “Twitter” səhifəsində bildirib.
Prezident İ.Əliyev Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərinin, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndlərinin, Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərinin işğaldan azad edildiyini bildirib.
“Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”, - deyə o vurğulayıb.*
N.Abbasova