NATO Dağlıq Qarabağda insanların faciəli ölümü ilə nəticələnən atəşkəsin pozulmasından narahatdır. Bunu təşkilatın baş katibi Yens Stoltenberq Ermənistan prezidenti Armen Sarkisyanla görüşdən sonra deyib.
"Hərbi əməliyyatların sona çatması və sülh yolu ilə həllin tapılması NATO və beynəlxalq təhlükəsizlik üçün vacibdir", - deyə Stoltenberq bu gün Brüsseldə keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bütün tərəflərin təmkinli davranması, atəşkəs rejiminə əməl etməsi və gərginliyin dərhal aradan qaldırılmasına başlaması həyati əhəmiyyət kəsb edir.
"Dinc əhaliyə istənilən hücum qəbuledilməzdir və dayandırılmalıdır", - deyə baş katib vurğulayıb.*