Oktyabrın 21-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.
“Nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Bölgədə davamlı sülhün təmin olunması üçün Azərbaycan ərazilərinin işğalına son verilməsinin zəruri olduğu nazirlər tərəfindən vurğulanıb”, - deyə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatında bildirilir.*
N.Abbasova